İlk öncə nədən başlayaq...
Salam əziz dost.
Son dövrlərin bəlkə də ən dəbdə olan, əgər belə demək olarsa özünütanıtım vasitəsi reklamlarla birgə internet saytları olmuşdur. Bəli, məhz saytlar vasitəsilə insanlar istər özlərini, istərsə də təmsil etdikləri hər hansı qurumu dünyaya tanıtmaqdan ötrü sayt yaratmağa, internet məkanına öz adları və imicləri ilə daxil olmağa can atırlar.
Onu da deyək ki, bu heç də pis vasitə deyil. Nəzər alsaq ki, 2008-ci ilin dekabr ayından etibarən dünyada internet istifadəçilərinin sayı 1 milyardı (!) ötüb keçmişdir. Bəli bəli, 1 milyard.
Comscore Tədqiqatlar Mərkəzinin direktoru bu vəziyyət haqda maraqlı bir fikir söyləmişdir: "Əgər Dünyada 1 milyard internet istifadəçisi varsa, demək çox boyük bir sürətlə 2 və 3 milyard ol bilər". Bəli, niyə də olmasın. Axı internet həyatımızın bir hissəsinə çevrilib. Onda gəlin həyatımızın bu hissəsini maraqlı və səviyyəli şəkildə təqdim etmək üçün tanış olaq:) Bunun üçün isə işlərimizə baxmağınız kifayət edər.
11.03.2009 Ramin Design Studio
Bu gündən etibarən saytımız fəaliyyət göstərir və tezliklə Xəbərlər blokumuzda yeni xəbərlərimizi görəcəksiniz.
Ətraflı
10.06.2009 Şahin İsmayılovun saytını tamamladıq
İsteddlı müğənni Şahin İsmayılovun saytı www.shahinismayilov.com ünvanı ilə fəaliyyətə başladı. Sayta daxil olub Şahin İsmayılovun yaradıcılığı ilə tanış ola biləcək, mahnılarını dinləyə biləcəksiniz.
Ətraflı